Maide.az

`Tütək səsi`nin Cəbrayılı vəfat edib

SSRİ xalq artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib. Bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib. M.Volontir uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, 1934-cü il martın 9-da anadan olub. Aktyor "Qaraçı" və "Budulayın qayıtması" filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb. Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb.