Maide.az

Trump yenə də Putinlə görüşəcəyini deyir

ABŞ Prezidenti Donald Trump deyir ki, bu ayın sonunda Yaponiyada keçiriləcək Böyük 20-liyin sammitində rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək. Ancaq Kreml potensial görüşü Vaşinqtonun təsdiqləmədiyini bildirir.   “G-20 sammitində Putin-lə görüşəcəyəm”, – Trump iyunun 12-də Ağ evdə jurnalistlərə deyib.   Trump ötən ay da belə bir görüşün olacağını deyirdi, amma Kreml üzbəüz görüş barədə razılaşma əldə olunmadığını bildirirdi.   Trump Putin-lə 2018-ci ilin iyulunda Helsinkidə görüşüb. Onlar aparıcı köməkçilərinin iştirakı olmadan iki saatlıq görüş keçirmişdilər. Belə bir formatda görüş ənənəvi siyasətin pozulması deməkdi və Trump-ın opponentləri tərəfindən sərt tənqid olunmuşdu.   Putin-in sözçüsü Dmitry Peskov TASS dövlət xəbər agentliyinə deyib ki, sammitdə üzbəüz görüşün olacağı haqda “Kreml təsdiq almayıb”.   Sammit iyunun 27-28-də Osakada olacaq.