Maide.az

Trump 2020-ci il seçkisində namizəd olacağını deyir

ABŞ prezidenti Donald Trump deyib ki, o 2020-ci ilin prezident seçkisində təkrar namizəd olmaq niyyətini gələn ay Floridada keçiriləcək mitinqdə bəyan edəcək. O bu barədə Twitter-də yazıb:   "Mən ikinci müddətə prezidentliyə namizədliyimi iyunun 18-də Orlandoda bəyan edəcəyəm. Bu tarixi nümayişdə bizə qoşulun”.   Trump yazır ki, birinci ledi Melania, vise-prezident Mike Pence, onun arvadı Karen də Orlanda da keçiriləcək mitinqdə onu müşayiət edəcəklər.   Trump-ın demokrat rəqibi hələlik müəyyənləşməyib. 20-dək siyasətçi namizədlik yarışına qoşulacaqları barədə niyyət ifadə edib.   Əsas namizəd ştatbaştat keçirilən silsilə praymerizlərdə müəyyən ediləcək. Nominantların yarışı 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkisinədək davam edəcək.   Seçki keçiriləndə Trump-ın artıq 73 yaşı olacaq.   O 2016-cı ildə keçirilmiş ötən seçkidə demokrat Hillary Clinton-a qalib gəlib.   ABŞ-da bir nəfər prezidentliyə namizədliyini yalnız iki müddət üçün verə bilər.