Maide.az

TRT-nin spikeri və daha 41 əməkdaşı saxlanılıb

Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.   APA-nın “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.   Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb.   Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib.    Barələrində qərar olsa da, hələlik saxlanılmayan əməkdaşların da tutulması istiqamətində iş aparıldığı bildirilir.