Maide.az

Türkmənistanda benzin bahalaşdı

2018-ci il, fevralın 1-dən Türkmənistanda benzinin qiyməti artırılıb.   Maide.Az  xəbər verir ki, A-95 benzinin bir litrinin qiyməti 1,5 manat (bundan əvvəl 1 manat), A-92 benzinin qiyməti isə 1, 35 manat olub (əvvələr 0,94).   Hazırda Türkmənistanda manatın dollara nisbətən məzənnəsi 3,5 manat/$1 təşkil edir.   Qeyd edək ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. 2014-cü ildə bu qərar ləğv edilib. (apa)