Türkmənistanda 4,2 bal gücündə zəlzələ olub
Türkmənistanda 4,2 bal gücündə zəlzələ baş verib. Maide.Az bildirir ki, Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Türkmənistanın paytaxtı Aşxabaddan 385 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.