Maide.az

Türkmənistan Xəzərdə süni ada yaradır

Türkmənistanda mütəxəssislər Türkmənbaşı körfəzi akvatoriyasında yaradılacaq süni ada üçün quraşdırılmış baza platformasının montorinqini həyata keçirir.   Trend-in “Neytral Türkmənistan” qəzetinə istinadən məlumatına görə, həmin obyektin inşasına iki il əvvəl başlanılıb. Bu işlər beynəlxalq dəniz limanının tikintisi zamanı başlayıb. Bölgənin perimetri 7 kilometr, ərazisi 160 hektar təşkil edir.   Qəzet yazır ki, bu ərazidə əhəmiyyətli ölçülərdə şəhər yerləşə bilər. Bu ada salındıqdan sonra onu ekoloji turizm mərkəzi kimi istismar etmək planlaşdırılır.