Maide.az

Türkmənistanda bir qutu siqaret 18 dollar oldu

Türkmənistanda siqaretə tətbiq olunan ciddi məhdudiyyətlər tütünün kəskin şəkildə bahalaşmasına səbəb olub.    Faktxəbər-in məlumatına görə, bu barədə yerli KİV-lər yazıb.   Məlumatda bildirilir ki, bununla bağlı ölkədə siqaret qıtlığı müşahidə edilir. Mağazalarda ən ucuz siqretin bir qutusu 18-20 dollara satılır.   Həmçinin məlumatda qeyd edilir ki, siqaretin qadınlara satışı da qadağan edilib, çünki onlar sonradan onu dəyərindən qat-qat baha qiymətə satırlar.   Qeyd edək ki, qıtlıqla bağlı mağazalarda uzun siqaret növbələri yaranıb.