Maide.az

Türkmənistan Qazaxıstanla sərhədi bağlayıb

  Sərhəd təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar bağlanılıb  Türkmənistan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar beş günlük müddətə Qazaxıstanla sərhədi bağlayıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, Türkmənistanda sərhəddə təhlükəsizlik tədbirləri güclənidirlib və bu səbəblə avqustun 4-dən 8-dək sadələşdirilmiş qaydada respublikaya gələn xarici vətəndaşlara ölkəyə giriş qadağan edilib. Daha əvvəl Türkmənistan və Qazaxıstan arasında sərhəd iyulun 20-dən 25-dək bağlanmışdı. /