Maide.az

Türkiyədə pirotexnika daşıyan maşın partladı - Ölənlər var

Türkiyənin Sakarya vilayətində pirotexnika maddələri daşıyan avtomobil partlayıb.   Trend-in məlumatına görə, hadisə nəticəsində 2 hərbçi həlak olub. Daha 8 nəfərin yaralandığı deyilir.   Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.   Xatırladaq ki, bir neçə gün əvvəl Sakaryada pirotexnika fabrikində partlayış baş vermişdi. Həmin hadisədə 4 nəfər həlak olmuş, 114 nəfər yaralanmışdı.