Maide.az

Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyənin Ordu vilayətində 4 bal gücündə zəlzələ baş verib.   Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:23-də qeydə alınıb.   Zəlzələnin episentri Korgan rayonunda olub.   Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ yaxın vilayətlərdə də hiss olunub.