Maide.az

Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyənin Manisa vilayətində 3,9 bal gücündə zəlzələ baş verib.   Maide.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 23:47-də qeydə alınıb. Zəlzələnin episentri Akhisar rayonunda olub.   Yeraltı təkanlaın ocağı 7,06 kilometr dərinlikdə yerləşib.   Mümkün tələfat və dağıntı barədə məlumat verilməyib.