Maide.az

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 7 nəfər ölüb

Van gölündə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.     “Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Hallar Xidməti yayıb.     Hadisə dekabrın 26-da Van gölünün Türkiyənin Bitlis əyalətinin Adilceviz rayonu sahillərində baş verib.     Yerli valiliyini açıqlamasına əsasən, miqrantlar Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşlarıdır.