Maide.az

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

Türkiyənin Tunceli vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.   Yeraltı təkanlar yerli vaxtla saat 02:58-də Pülümür rayonunda qeydə alınıb.   Zəlzələnin episentri təxminən 7 kilometr dərinlikdə yerləşib.   Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.