Maide.az

Türkiyədə hərbçiləri ildırım vurdu

Türkiyənin İzmir vilayətində ildırım vurması nəticəsində 7 hərbçi xəsarət alıb.   Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.   Onların vəziyyəti normal qiymətləndirilir.   Qeyd edək ki, 2015-ci ilin oktyabrında ildırım vurması nəticəsində 5 hərbçi həlak olmuşdu.