Maide.az

Türkiyədə yol çökdü - Avtomobil və piyadalar düşdü - VİDEO

Türkiyənin Samsun şəhərində 2 gün öncə baş verən sel fəlakətin fəsadları davam edir.   Maide.az “Takvim”ə istinadən xəbər verir ki, seldən sonra bünövrəsi yumşalan körpünün birləşmə nöqtəsi uçub.   Hadisə zamanı 2 piyada və yol kənarında saxlanılmış bir avtomobil çuxura düşüb. Xəsarət alan iki nəfər xilasedicilərin köməyi ilə çuxurdan çıxarılıblar və xəstəxanaya yerləşdiriliblər.   Hadisə anı lentə alınmış görüntünü təqdim edirik: