Maide.az

Türkiyədə partlayışda ölənlər və yaralananlar var

Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış vilayətin Reyhanlı rayonunda qeydə alınıb.   Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.   Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.