Maide.az

Türkiyədə avtobus aşdı - 35 yaralı

Türkiyənin Bursa vilayətində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 35 nəfər xəsarət alıb.   Məlumata görə, idarəetməni itirən sürücü avtobusu dərəyə aşırıb.    Yaralıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.