Maide.az

Türkiyədə dərslər dayandırıldı - Zəlzələyə görə

Türkiyənin qərbində Çanakkala vilayətindəki məktəblərdə dərslər dayandırılıb.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, dərslərin dayandırılmasına ötən gün baş vermiş yeraltı təkanlar səbəb olub. Bildirilir ki, dərslər yalnız 1 gün olmayacaq.   Qeyd edək ki, ötən gün İzmir və Çanakkala vilaəyitndə 5.5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İzmir şəhərindən 148 km şimal-qərbdə, ocağı isə 8 km dərinlikdə olub.   Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.