Maide.az

Türkiyədə hərbi helikopter qəzaya uğradı, ölənlər var - VİDEO

İstanbulda hərbi helikopter qəzaya uğrayıb.   Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Sancaktepe rayonunda baş verib.   Məlumata əsasən, qəza nəticəsində 4 hərbçi şəhid olub, biri yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya çatdırılıb.   Polis hadisə yerinə vətəndaşları buraxmır.