Maide.az

Türkiyədə mədəndə partlayış baş verib, yaralananlar var

Türkiyənin Zonquldağ şəhərində mədəndə partlayış baş verib.   Maide.Az Trend-ə istinadla  xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ağır yaralanıb və şəhər xəstəxanalarından birinə yerləşdirilib.   Qeyd edilir ki, hazırda mədəndə köməksiz vəziyyətdə qalmış 3 nəfərin xilas edilməsi üzrə işlər davam etdirilir.   Partlayışın səbəbi barədə məlumat verilmir.