Maide.az

Türkiyədə qatar qəzasında həlak olanların sayı açıqlanıb

Türkiyədə baş verən qatar qəzasında həlak olanların sayı 24 nəfərə çatıb.   Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasetmə işləri bu gün səhər saat 6.00-da başa çatıb.   Hazırda xəstəxanalarda 124 nəfər yaralı müalicə alır.   Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb. Müəyyən edilib ki, qatarın relsdən çıxmasına səbəb güclü yağışlar nəticəsində relslərin altında torpağın yuyulması olub.