Maide.az

Türkiyədə universitetdə ATIŞMA

Türkiyənin Əskişəhər şəhərindəki Osmanqazi Universitetində atışma baş verib.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.   Qeyd olunur ki, ölənlərin hamısı müəllimlərdir. Hücumu həyata keçirən şəxs saxlanılıb.   Hadisənin təfərrüatları barədə məlumat verilməyib.