Maide.az

Türkiyədə hərbi təyyarə qəzaya uğradı

Türkiyənin Isparta vilayətində hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.   Maide.Az NTV-yə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə CASA tipli "CN 235" karqo təyyarəsidir.   Isparta valisi Şehmuz Günaydın bildirib ki, qəza nəticəsində 3 nəfər şəhid olub.   Hazırda hadisə yerinə helikopterlər vasitəsilə xilasedicilər cəlb edilib. Araşdırma aparılır.