Maide.az

Türkiyədə hərbi hissədə növbəti kütləvi zəhərlənmə

Türkiyənin Qaziantep vilayətində hərbi hissələrdən birində kütləvi zəhərlənmə olub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, 70 hərbçi xəstəxanaya yerləşdirilib.   Onların qidadan zəhərləndiyi bildirilir. Hərbçilərin vəziyyəti barədə hələ məlumat verilmir.   Faktla bağlı araşdırma aparılır.   Xatırladaq ki, iyun ayında Manisa vilayətində 70-dən çox hərbçi qidadan zəhərlənmişdi.