Maide.az

Türkiyədə 300-dən çox hərbçi saxlanılıb

Türkiyənin İstanbul şəhərində Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyat davam edir.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, budəfəki əməliyyat zamanı 360 nəfər saxlanılıb. Onlardan 343-ü hərbçidir.   Saxlanılanlardan 27 nəfərin F.Gülənin rəhbərlik etdiyi "Hizmət" hərəkatının aparıcı simaları olduğu bildirilir. Onların adı və vəzifəsi açıqlanmır.