Maide.az

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.    Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi iyul ayında 3 ay müddətinə uzadılmışdı.   Oktyabrın 19-da başa çatacaq fövqəladə vəziyyət rejimi ilə bağlı AKP yetkilisi Mustafa Elitaş açıqlama verib.   Elitaş fövqəladə vəziyyət rejiminin üç ay daha uzadılacağını bildirib.