Maide.az

Türkiyədə anti-terror əməliyyatı keçirilib, 16 nəfər tutulub

İstanbulda keçirilən anti-terror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 16 nəfər tutulub.   Əməliyyat İstanbulun 9 rayonunda eyni vaxtda keçirilib.   Nəticədə bir tapança, ona yaxın fişəng, terrorçu qruplaşmaya dair çoxlu sayda təbliğat materialları və s. götürülüb, 20 nəfər saxlanılıb.   Daha sonra şübhəlilərdən 4-ü sərbəst buraxılıb, 16-sı tutulub.(report) /