Maide.az

Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

Daha 4 terrorçu isə Silpi rayonunda hərbçilərə təslim olub   Türkiyə Silahlı Qüvvələri terror törətməyi planlaşdıran 10 terrorçunu zərərsizləşdirib, daha 4-ü isə hərbçilərə təslim olub.   Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.   Onların 3-ü Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı hərbi hissəyə hücum etmək istəyərkən məhv ediliblər.   Məlumata görə, ölkənin Siirt əyalətinin Eruh rayonuda keçirilən antiterror əməıliyyatı nəticəsində 7 terrorçu havadan endirilən zərbələr nəticəsində məhv edilib.   İraqın şimalındakı terrorçuların sığınacaqlarından qaçan 4 terrorçu isə Türkiyənin Şırnak əyalətinin Silpi rayonunda hərbçilərə təslim olub.(report) /