Maide.az

Türkiyənin energetika və təbii sərvətlər naziri sabah Azərbaycana səfər edəcək

Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak sabah Azərbaycana səfər edəcək.   SalamNews-un verdiyi xəbərə görə, bu barədə  jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlama verib.   Səfir bildirib ki, Albayrakın səfərinin məqsədi  "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işinin 2050-ci ilədək uzadılmasına dair sazişin  imzalanması mərasimində iştirak etməkdir.