Maide.az

Türkiyədə turistlərlə dolu yaxta qəzaya uğradı - Ölənlər var

Türkiyədə Marmaris rayonunda turistlərlə dolu yaxta qəzaya uğrayıb. Trend-in məlumatına görə, yaxtada 11 nəfərin olduğu bildirilir.   Son məlumata görə, hadisə yerinə dərhal gələn xilasedicilər 2 nəfəri sudan sağ çıxara biliblər, 3 nəfərin isə cəsədi tapılıb.   Həlak olanların hansı ölkə vətəndaşı olmaları barədə hələ məlumat verilməyib.   Qəzanın hansı şəraitdə və səbəbdən baş verməsi məlum deyil.