Maide.az

Türkiyədə 128 mindən çox Quran hafizi var

Türkiyədə 128 mindən çox Quran hafizi var.   Bunu Diyanət İşləri Təşkilatının Təhsil Xidmətləri üzrə idarənin rəhbəri Bünyamin Albayrak deyib.    Maide.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, B.Albayrak deyib ki, ölkədə 1976-cı ildən indiyədək 128 min 440 nəfər Quran hafizi rəsmi qeydiyyata alınıb.    Onun sözlərinə görə, hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir.     B. Albayrak deyib ki, ötən il Quranı əzbərləyən 6500 şagirdə sertifikat verilib. Bu rəqəm 2015-ci ildə 6 min və 2014-cü ildə 5500 nəfər olub.   Onun sözlərinə görə, 3 milyondan çox uşaq üçün dini maarifləndirmə dərsləri təşkil oluub və yay aylarında məktəbli uşaqların Quran əzbərləməsi üçün Quran təlimi kursu təşkil olunur. /