Maide.az

Türkiyədə məscidin günbəzi çökdü, 3 nəfər həyatını itirdi

Türkiyənin Samsun bölgəsində  tikilməkdə olan məscidin günbəzinin beton qurğusu çöküb.    Maide.info  Türkiyənin  “hurriyetdailynews” saytına istinadən xəbər verir ki,  çökmə nəticəsində  dağıntılar altında qalan 6 nəfərdən 3 nəfəri həyatını itirib.     Ölən və xəsarət alanlar məscidin tikintisində çalışan fəhlələr olub.    Yaralılar xəstəxanaya yerləşdirilib və durumlarının yaxşı olduğu bildirilir.