Maide.az

Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı Bakıda

Aprelin 11-də Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlu Azərbaycana gəlib.   Bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.   Xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.   Admiral B.Bostanoğlu-nun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulur.   Bu səfərin aprelin 14-ə kimi davam edəcəyi bildirilir.