Maide.az

Türkiyədə avtobus qəzaya uğrayıb, 5 nəfər ölüb, 35 nəfər yaralanıb

Hadisə yerində təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib   Türkiyədə Bursa-Ankara avtomobil yolunda İnegöl rayonu ərazisində Mezitler I körpüsü yaxınlığında avtobusun aşması nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb.   “Report” “KanalAhaber”ə istinadən xəbər verir ki, avtobusdakılar Türkiyə Metallurgiya Həmkarlar Təşkilatının üzvləri olub.   İnformasiyaya əsasən, avtobus rayonun Osmaniye kəndi yaxınlığında qəzaya uğrayıb.    Hadisə yerində təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib. /