Maide.az

Türkiyədə 100-dən çox qeyri-leqal mühacir saxlanıldı

Türkiyənin Çanaqqala vilayətində qeyri-leqal yolla Avropaya keçməyə çalışan 118 pakistanlı mühacir saxlanılıb.   Trend-in verdiyi məlumata görə, bütün saxlananlar sorğu-sualdan sonra Pakistana deportasiya olunacaq.   Bundan başqa, mühacirlərin Avropaya göndərilməsi ilə məşğul olan iki türk vətəndaşı da polis tərəfindən saxlanılıb.