Maide.az

Türkiyənin energetika naziri Azərbaycana gələcək

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.   Maide.Az bildirir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.   B.Albayrakın fevralın 23-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcəyi gözlənilir.   Səfirin sözlərinə görə, fevralda Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin də səfəri planlaşdırılır. Eləcə də 2017-ci ildə azərbaycanlı nazirlərin Türkiyəyə səfəri gözlənilir.   E.Özoral bildirib ki, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasına hazırlıq gedir.