Maide.az

Türkiyədə deputatları döydülər - VİDEO

Türkiyə Böyük Milli Məclisinin (TBMM) qarşısında konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı etiraz aksiyası keçirilib.   AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyasında CHP-li millət vəkilləri, QHT üzvləri iştirak edib.    Polis dağılmaq əmrinə tabe olmayan iştirakçılara qarşı bibər qazından istifadə edib. Polislə etirazçılar arasında baş verən qarşıdurmada CHP-nin Ankara millət vəkili Necatı Yılmazın protez dişi qırılıb.   Digər CHP-li deputatlar Orxan Sarıbal, Əli Şəkər və Şənər Saruhan da polisin müdaxiləsi zamanı yaralanıb.