Türkiyəli nazir: İranlıların həcc mərasiminə qatılması lazımdır
Türkiyə dəyanət işləri naziri Mehmet Görmez, iranlıların Həcc mərasimində iştirak etmələrinin zəruri olduğunu açıqlayıb. Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin ofisinin islam mədəniyyət və əlaqələr təşkilatı ali şura üzvü Möhsin Qumi, Türkiyə diyanət işləri naziri Mehmet Görmez ilə görüşüb. Möhsin Qumu görüşdə, İslam dünyasında birlik və vəhdəti inkişaf etdirmək üçün Mehmet Görmezin məsləhət və əməkdaşlığını təqdir edib. Həmçinin o çıxışının davamında həcc məsələsinə toxunaraq bildirib ki, Səudiyyə hökuməti bunu siyasilşdirdi. İranlılar üçün konsulluq xidməti təqdim etmək, təhlükəsizlik, iranlı hacılar barəsində təzminat və digər məslələrə diqqət edilmədi. Yekun müzakirələrdən sonra tək tərəfli olaraq məsəani sonlandırdıq. Görüşdə Türkiyə diyanət işləri naziri Mehmet Görmez, İslam dünyasındakı problemlərə toxunaraq, müsəlmanların vəhdətinə diqqət edilməsi və alimlərin əlaqələrinin inkişaf etdirilməsindən danışıb. Eyni zamanda o iranlılar üçün həcc yolunun açılması məsələsinə də toxunuaraq bildirib ki, iranlıların həcc mərasimində iştirak etməsi vacibdir.