Maide.az

Türkiyə-Suriya sərhədi yaxınlığında şiddətli partlayış: 60 ölü və yaralı

Terror aktı Türkiyə-Suriya sərhədindəki nəzarət-keçid məntəqəsi ərazisində baş verib. Xəbər verilir ki, İŞİD Suriyanın Hələb şəhərinin şimalındakı Azəzə partlayıcı dolu avtomobillə kamikadze hücumu təşkil edib.   Hücum Azəzin şimalında, Türkiyə-Suriya sərhədində yerləşən "Bəb-əs-Salam" nəzarət-keçid məntəqəsi ərazisində baş verib. Avtomobilin partlaması nəticəsində 30 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Yaralılardan bəziləri Azəzdəki xəstəxanaya aparılarkən, vəziyyəti ağır olanlardan 8 nəfər isə Türkiyənin Kilis şəhərinə gətirilib.   Partlayış Suriya ərazisində, Türkiyə ilə sərhəddən 2 kilometr uzaqlıqda baş verib. Ölənlərin əksəriyyəti Suriyanın müxalif qruplaşmalarının üzvləridir.   "Sputnik"in məlumatına görə, hücum "Azad Surya Ordusu"nun tərkibində olan və eyni zamanda da ABŞ-a tabe "Liva 51" qrupuna qarşı həyata keçirilib.   RİA isə xəbər verir ki, İŞİD terror təşkilatını dəstəkləyən "Cundul-Əqsa" teror təşkilatı rəhbərliyi "Nusra Cəbhəsi"nə qoşulmaq barədə qərar qəbul edib. Hücumu da "Cundul-Əqsa"nın bu qərara etiraz edən və İŞİD-i dəstəkləməyə davam etmək istəyən qrup üzvləri bu qərarı qəbul edən və tabe olan digər qrup üzvlərinə qarşı törədib. (İslamazeri.az) /