Maide.az

Türkiyədə zəlzələ olub

  Türkiyənin Manisa vilayətində 3,9 bal gücündə zəlzələ baş verib.   “Milliyet”-ə istinadən xəbər verilir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanasının məlumatında deyilir.   Yeraltı təkanlar yerli vaxtla saat 23:51-də qeydə alınıb. Zəlzələnin episentri Akhisar rayonunda, ocağı isə 11,8 km dərinlikdə yerləşib. Zəlzələ bir sıra yaşayış məntəqələrində hiss olunub. Dağıntı və zərərçəkən yoxdur. (apa) /