Maide.az

Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək

  Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək.   Maide.Az xəbər verir ki, İstanbuldakı "Vodafone Arena"da "Beşiktaş"la "Qalatasaray" üz-üzə gələcək.    Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüşə FİFA referisi Ali Payabıyıkın rəhbərlik etdiyi hakimlər briqadası təyinat alıb.    Bu, iki komanda arasındakı 340-cı qarşılaşma olacaq. İlk dəfə 22 avqust 1924-cü ildə görüşən klubların 399 oyununun 120-də "Qalatasaray", 107-də "Beşiktaş" qalib gəlib. 112 görüşdə isə qalib müəyyənləşməyib. "Aslanlar" ümumilikdə rəqib qapısına 478 qol vurub, 445 top isə buraxıb.    Ölkə çempionatında 116-cı dəfə qarşlaşacaq komandalarda üstünlük yenə "Qalatasaray"ın tərəfindədir. Bu matçların 43-də "sarı-qırmızılılar", 32-də "qara-qartallar" sevinib. 41 oyunda isə bərabərlik qeydə alınıb. Qol sayında da "Qalatasaray" rəqibini qabağlayıb. (report) /