Türkiyədə törədilmiş teraktda ölənlərin sayı 11-ə çatıb
Türkiyənin Şırnak vilayətində törədilmiş terror aktında ölənlərin sayı 11 nəfərə çatıb. Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, yaralıların sayı isə 70 nəfərdir. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. /