Maide.az

Türkiyədə daha 6 min 800 polis işdən çıxarılacaq

  Onların arasında müxtəlif rütbəli zabitlər də var    Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq.   "Report" "Haber7"yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.   Onların arasında müxtəlif rütbəli zabitlər də var.   Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı. /