Maide.az

Türkiyə Futbol Federasiyası 94 əməkdaşını işindən kənarlaşdırıb

  Türkiyə Futbol Federasiyası çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 94 əməkdaşının işindən kənarlaşdırıldığını bildirib. APA-nın xəbərinə görə, bu barədə qurumun məlumatında bildirilir.    “Türkiyə Futbol Federasiyası hakimlər, onların müavinləri, Regional Hakimlər Komitəsinin üzvləri və müşahidəçilər daxil olmaqla, ümumilikdə 94 əməkdaşını işindən kənarlaşdırıb”, - deyə qurumun məlumatında bildirilir.   Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevriliş cəhdindən sonra 58 611 nəfərin işindən kənarlaşdırıldığını və 3 499 nəfərin istefaya göndərildiyini bildirib. /