Türkiyənin baş naziri: 130-dan çox hərbi rütbəli saxlanılıb, 1 qiyamçı general öldürülüb
Türkiyənin baş naziri Binali Yıldırım xalqı küçələrdə olmağa çağırıb. APA-nın məlumatına görə, baş nazir indiyə qədər 130-dan çox hərbi rütbəlinin polis və prokurorluq orqanları tərəfindən saxlanıldığını qeyd edib. O bildirib ki, zərərsizləşdirilən hərbçilər arasında birinin general olduğu barədə də məlumat var.