Türkiyədə vəziyyət gərgin olaraq qalır,17 polis həyatını itirib
Türkiyədə hərbi çevrilişi təşkil edən şəxsin kimliyinin bəlli olduğu iddia edilib. Maide.Az xəbər verir ki, "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyədə hərbi çevrilişi bir müddət öncə vəzifədən çıxarılan Baş Qərargahın müşaviri polkovnik Məhərrəm Kösenin təşkil etdiyi bildirilib. Məlumata görə, bu iddianı hərbi qaynaqlar irəli sürüb. Reuters elan edib ki, çevrilişi təşkil edən şəxs artıq özünü polisə təslim edib və bu çevrilişin baş tutmaması deməkdir. Məlumata görə, ABŞ prezidenti Barak Obama da Türkiyədə baş verən hadisələrə münasibət bildirib və deyib ki, Türkiyənin demokratik və xalq hökumətini dəstəkləyəcək. Anadolu agentliyi həmçinin məlumat verib ki, bu günki hadisələrdə 17 polis həyatını itirib. Digər bir məlumata görə, Türkiyə Parlamenti çevrilişə cəhd edənləri silahları yerə qoymağa çağırıb. İstanbulda hərbi çevrilişə cəhd edən bir polkovnik və 3 əsgər polis əməkdaşları tərəfindən saxlanılıb.