Maide.az

Türkiyənin `Avro-2016`da ilk sınağı

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. Qol.az-ın məlumatına görə, bu gün D qrupunda bir oyun keçiriləcək. Azərbaycan futbol azarkeşlərinin diqqəti Parisə yönələcək. Burada Türkiyə millisi Xorvatiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək. Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib. 12 iyun D qrupu 17:00. Türkiyə - Xorvatiya Baş hakim: Yonas Eriksson Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç) Paris. "Park de Prins" stadionu. N Komandalar O Q H M T-F X 1 İspaniya 0 0 0 0 0-0 0 2 Türkiyə 0 0 0 0 0-0 0 3 Xorvatiya 0 0 0 0 0-0 0 4 Çexiya 0 0 0 0 0-0 0