Maide.az

Türkiyədə məscidi gözəlləşdirmək kampaniyası keçirilir

Türkiyədə bir qrup rəssam  müxtəlif şəhərlərdə və qəsəbələrdə məscidlərin içərisini müxtəlif cizgilərlə bəzəmə kampaniyası həyata keçirir.  Maide.Az xəbər verir ki, Güldanə Ərgincan adlı rəssam xanımın başçılığı və təşəbbüsü ilə keçirilən bu kampaniya çərçivəsində məscidlərin daxilində və çölündə divarların üzərinə  gözəl xətt nümunələri ilə hikmətli sözlər və naxışlar çəkilir. “Bizim məqsədimiz İslam incəsənətini tanıtdıtmaqdır”,-deyə G. Ərgincan deyib.