Maide.az

Türkiyə ordusu Suriyanı yenidən bombalayır

  Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisini yenidən bombalayır.   Maide.az xəbər verir ki, Türkiyə mətbuatı yazır ki, Türkiyə Ordusu gecə əməliyyatlarına başlayıb.   Bildirilir ki, TSQ-nın "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini yenidən atəşə tutub. Əməliyyatların gecə saat 00:00 radələrində (Bakı vaxtı ilə 02:00) başladığı və PYD, YPG -nin mövqelərinin dayanmadan bombalandığı bildirilir.    Türkiyə bundan əvvəl isə ötən axşam  Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb. "Fırtına" özüyeriyən topları Azez qəsəbəsini top atəşinə tutub.   ABŞ dövlət departamentinin rəsmisi Con Kirbi bəyan edib ki, Vaşinqton Hələb şəhərinin şimalında yaranmış vəziyyətdən xeyli narahatdır.   ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib. /